Jirinovskinin partiyasına yeni sədr seçildi


Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski Dumada Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri təyin edilib.
Yeniavaz.com
 TASS-a istinadən xəbər verir ki, bu barədə RLDP fraksiyasının mətbuat katibi Aleksandr Dyupin məlumat yayıb.
“RLDP -nin Dövlət Dumasında deputatları səs çoxluğu ilə fraksiyanın daimi rəhbəri vəzifəsinə Leonid Slutskini seçiblər”, - Dyupin bildirib.
Qeyd edək ki, Slutski fraksiyaya rəhbərlik edən Vladimir Jirinovskinin ölümündən sonra onun vəzifələrini icra edirdi.

DİGƏR XƏBƏRLƏR

Top