Polad Həşimovun anası ayaq üstə alqışlandı - Video


Ötən gün VIII “Muğam” televiziya müsabiqəsinin növbəti buraxılışı baş tutub.
Yeniavaz.com
xəbər verir ki, müsabiqə “AZTV”nin efirində yayımlanıb.
Buraxılışın başlanğıcında təsirli anlar yaşanıb.
Belə ki, verilişin aparıcısı qonaqlar arasında şəhid Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanımın və qardaşı İlham Həşimovun da olduğunu elan edib.
Bundan sonra müsabiqənin keçirildiyi Beynəlxalq Muğam Mərkəzinə toplaşan hər kəs P. Həşimovun anasını ayaq üstə alqışlayıb.
Həmin kadrları təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top