8 maskalı şəxs bankdan 1 kisə pul aparıb

Səkkiz silahlı şəxs Moskvanın şəqrindəki bankı qarət edərək hadisəyerindən qaçıb.”Yeniavaz.az”ın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətindən deyiblər. Polisin məlumatına əsasən, banka hücum ötən gecə Moskva vaxtı ilə saat 21:35-də baş verib. Səkkiz maskalı şəxs travmatik tapançadan nəzarətçilərdən birinə atəş açaraq anbardan bir kisə pul aparıb. Bundan sonra onlar avtomobillə hadisə yerindən uzaqlaşıblar. Polis hələ də şübhəliləri axtarır.

DİGƏR XƏBƏRLƏR

Top