
Rusiya-Ukrayna arasında danışıqlar prosesi dayandırılıb.
Yeniavaz.com “UNİAN”a istinadla xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat yayıb. O bildirib ki, Rusiyanın Ukrayna barədə tələbləri dəyişmir:
"Bizdən fərqli olaraq, 82 günlük müharibə zamanı Rusiya anlamadı ki, Ukraynada vəziyyət əvvəlki kimi deyil. Onlar şantaj etməyə davam edir, bəzi mövqelərini açıq şəkildə bəyan edirlər. Rusiya ilə danışıqlar dayandırılıb”.
Tətbiqimizi yükləyə bilərsiniz