Sabah bu muzeylərə giriş pulsuz olacaq - Siyahı


Sabah Bakıda Mədəniyyət Nazirliyinin tabeliyində olan muzeylərdə açıq qapı günü keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin saytında məlumat dərc edilib.
Bildirilib ki, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir:
“Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və bu günün məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir. ICOM tərəfindən xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək məqsədilə təsis olunmuş bu gün hər il müxtəlif deviz altında keçirilir. Bu il Beynəlxalq Muzeylər Günü “Muzeylərin gücü” mövzusuna həsr olunub”.
Beynəlxalq Muzeylər Günü ilə əlaqədar vətəndaşların asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə açıq qapı günü elan olunub:
“Vətəndaşlarımız və ölkəmizin qonaqları 18 may tarixində ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər”.
Açıq qapı gününün şamil edildiyi muzeylərin siyahısını təqdim edirik:
  Muzeyin adı Ünvan
1 Azərbaycan Milli İncəsənət Muzeyi Bakı şəh., Niyazi küçəsi, 9/11
2 Azərbaycan Milli Xalça Muzeyi Bakı şəh., Mikayıl Useynov pr-ti 28, Bulvar
 
3 C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi Bakı şəh., Neftçilər prospekti, 123a
4 Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Bakı şəh., Neftçilər prospekti, 123a
5 Filial: Niyazinin Xatirə Muzeyi Bakı şəh., Bülbül pr-ti 21, mənzil 24
6 Filial: Vaqif Mustafazadənin Xatirə Muzeyi İçərişəhər, V.Mustafazadə döngəsi 4
 
7 Filial: Xalq çalğı alətləri şöbəsi Bakı şəh., Zərgərpalan küçəsi
 
8 Filial: Qara Qarayevin Ev-Muzeyi Bakı şəhəri, Nizami küçəsi, 47
9 Azərbaycan İstiqlal Muzeyi Bakı şəh., Neftçilər prospekti, 123 a
 
10 Üzeyir Hacıbəylinin Ev-Muzeyi Bakı şəh., Ş.Əzizbəyov küçəsi, 67/69
 
11 Səməd Vurğunun Ev-Muzeyi
 
Bakı şəh., Tərlan Əliyarbəyov küçəsi, 6
 
12 Bülbülün Memorial Muzeyi Bakı şəh.,
Bülbül prospekti, 15
13 Məmməd Səid Ordubadinin Xatirə Muzeyi
 
Bakı şəh., Xəqani küç. 43
14 Cəlil Məmmədquluzadənin Ev-Muzeyi
 
Bakı şəh., S.Tağızadə küçəsi, 56
15 Əzim Əzimzadənin Mənzil-Muzeyi
 
Bakı şəh., D.Əliyeva küçəsi, 157
16 Nəriman Nərimanovun Xatirə Muzeyi
 
Bakı şəh., İstiqlaliyyət küçəsi, 35
17 Abdulla Şaiqin Mənzil-Muzeyi Bakı şəh., A.Şaiq küçəsi, 21
 
18 L.və M. Rostropoviçlərin Ev-Muzeyi Bakı şəh., L. və M. Rostropoviçlər küç., 19
19 Səttar Bəhlulzadənin Ev-Muzeyi Bakı şəh., Suraxanı rayonu, Əmircan qəsəbəsi, Ə.Sumbatzadə küç., 5a  
20 Yusuf Məmmədəliyevin Memorial Muzeyi Bakı, Xocalı prosp. 30,
 

DİGƏR XƏBƏRLƏR

Top