Putinin Türkiyəyə səfəri gözlənilir - KİV


"Türkiyənin Rusiya-Ukrayna müharibəsi səbəbindən şimal bazarlarına çıxmaqda çətinlik çəkdiyi bir vaxtda Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya gedir".
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin "Yeni Şafak" qəzeti məlumat yayıb.
Bildirilib ki, Rusiya Baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi kommersiya heyəti Türkiyəyə gedəcək.
Qeyd edilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefonla danışığı zamanı Rusiya Prezidenti Vladimir Putini Türkiyəyə yüksək səviyyəli işgüzar görüş üçün dəvət edib. Bu çərçivədə yaxın günlərdə Putinin Türkiyəyə gedəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top