Köçəryanın oğlu İrəvanda saxlanıldı - Video


İrəvanda keçirilən etiraz aksiyaları zamanı polis əməkdaşları Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlunu saxlayıblar.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, səhər saatlarında yenidən aktivləşən aksiyalarda eks-prezidentin oğlu Levon Köçəryan da iştirak edib.
Bir müddət sonra polis əməkdaşları nümayişçiləri saxlamağa başlayıb. Təhlükəsizlik qüvvələri həmin an paytaxtın mərkəzindəki Hanrapetutyan küçəsində olan Köçəryanı da saxlayıblar.
Köçəryan daha sonra teleqram kanalında yazıb: “Məni gətirdilər. Biz təslim olmuruq, ruhdan düşmürük. Davam edirik”.

DİGƏR XƏBƏRLƏR

Top