Sumqayıtda sex yandı - Yenilənib


Sumqayıt şəhərində sexdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
İlkin məlumata əsasən, yanğın nəticəsində tikilinin dam örtüyü təqribən 670 kv.m sahədə yanıb.
Əlavə məlumat veriləcək.

***09:40
Sumqayıtda sex yanır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Nazirliyin (FHN) “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində sexdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top