“Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar mayın 17-si saat 10:00-dan işlər başa çatanadək “Cəfərabad” QPS-dən qidalanan “Şəki-Cəfərabad” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Təmir işləri aparılan müddətdə Şəki şəhəri daxil olmaqla 1 qəsəbə və 30 kəndin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.