"Finlandiya və İsveçə NATO-ya daxil olmaları üçün "hə" deməyəcəyik"


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzv olmasına razı olmayacaq.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, buna səbəb kimi hər iki ölkənin terrorçuların ekstradisiyası tələbindən imtina etməsidir.
"Terrorçuları bizə təhvil verməyəcəkləri ilə bağlı xəbərlər var. Biz bu iki ölkənin NATO-ya üzv olmasına "hə" deməyəcəyik". Hətta onların parlamentlərində də terrorun tərəfdarları var”, - deyə Ərdoğan qeyd edib.
"Bazar ertəsi gələcəklər, bizi razı salmağamı gələcəklər? Bağışlayın, yorulmasınlar. Təhlükəsizlik təşkilatı olan NATO-ya daxil olmaq istəyən və Türkiyəyə sanksiya tətbiq edənlərə "hə" deməzdik", - Türkiyə Prezidenti bildirib.
Xatırladaq ki, yaxın vaxtlarda Finlandiya və İsveçin XİN başçıları Türkiyəyə gedəcək.

DİGƏR XƏBƏRLƏR

Top