
“Finlandiya və İsveçin NATO-ya daxil olması özlüyündə Rusiyanı təhdid etmir, lakin bu ölkələrdə Alyansın hərbi infrastrukturunun meydana çıxması reaksiyaya səbəb olacaq”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən sammitində deyib.
Belarus lideri Aleksandr Lukaşenko isə NATO-nun növbəti genişlənməsi dalğasına siyasi reaksiyanın formalaşdırılmasını təklif edib. Eyni zamanda, yekun bəyanatda görüş iştirakçıları NATO ilə praktiki əməkdaşlıq qurmağa hazır olduqlarını vurğulayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz