Mingəçevir Bələdiyyəsində KİV nümayəndələri ilə görüş keçirilib


Bu gün Mingəçevir Bələdiyyəsində sədr Ramiz Əliyevin, bələdiyyə üzvlərinin və komissiya sədrlərinin yerli KİV nümayəndələri ilə görüşü keçirilib.
Yeniavaz.com
xəbər verir ki, görüşü giriş sözü ilə bələdiyyə sədri R. Əliyev açıb.
O, son iki il yarım ərzində bələdiyyənin Mingəçevir şəhərində apardığı işlərdən danışaraq qurumun yeni tələblərə uyğun formalaşmasında qarşıya çıxan problemlərdən söhbət açıb.
Vurğulanıb ki, şəhər İcra Hakimiyyətinin yaxından dəstəyi və köməyi ilə Mingəçevir Bələdiyyəsi şəhərdə sakinlərin istək və arzularına uyğun olaraq abadlıq-quruculuq işləri aparıb, bir sıra park və xiyabanların, istirahət məskənlərinin yenidən qurulmasında və bərpa olunmasında müvəffəqiyyətə nail olub. Xüsusilə Səməd Vurğun meydanının abadlaşdırılması, Bələdiyyə parkında yenidənqurma işlərinin, yaşıllıq zolaqlarının genişlənməsi, oturacaqların qoyulması, Həzi Aslanov, Heydər Əliyev və İsmət Qayıbov küçələrinin kəsişdiyi ərazidə yeni nümunəvi istirahət məskəninin yaradılması diqqətə çatdırılıb. Bununla yanaşı Sahil parkında insanların rahat istirahətlərinin təmin olunması məqsədi ilə Kür çayı üzərində gəmilərin gediş-gəlişi və sahildə lövbər salmaları üçün dayanacağın qaydaya salınması işləri aparılır. Burada mövcud olan özbaşına fəaliyyətlərə son qoyulmaqla müasir avadanlıqların quraşdırılması da başa çatdırılır. Bələdiyyə sədri ölkə Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində də genişlənən, ardıcıl olaraq davam etdirilən abadlıq quruculuq işlərində bələdiyyənin rolundan bəhs edib və bu fəaliyyətin sakinlərin məmnunluq hisslərinin artırılmasına xidmət etdiyini bildirib.
Görüşdə jurnalistləri narahat edən bir sıra digər məsələlərə də aydınlıq gətirilib. Sahil parkında qeyri-qanuni sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamlarının məsuliyyətsizliyindən söz açılıb, onların bələdiyyə ilə sıx əlaqədə fəaliyyət göstərmələrinin zəruriliyi tövsiyə olunub.
Jurnalistlər qarşısında bir növ hesabat xarakterli keçən görüş diskussiya ilə davam edib.


Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top