
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop parlamentin nümayəndə heyəti ilə birlikdə Azərbaycanda səfərdədir.
Yeniavaz.com xəbər verir ki, Mustafa Şentop və onu müşayiət edən nümayəndə heyəti mayın 16-18-də Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İİTPA) 3-cü Baş Konfransında iştirak etmək üçün paytaxt Bakıya gəlib.
Səfərdə Şentopu AKP (Ədalət və İnkişaf Partiyası) İstanbul Millət vəkili və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, İzmir Millət vəkili Ceyda Bölünmez Çankırı, Niğde Millət vəkili Yavuz Ergün və CHP (Cümhuriyyət Xalq PArtiyası) Ankara Millət vəkili Bülent Kuşoğlu müşayiət edir.
Şentop Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşəcək, daha sonra İİTPA-nın 3-cü Baş Konfransında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə veriləcək şam yeməyində iştirak edəcək.