Mətin Eynullayevə daha bir vəzifə verildi


“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının yeni tərkibi təsdiq olunub.

Yeniavaz.com xəbər verir ki, bu Prezident İlham Əliyevin sərəncamı ilə “”AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Sərəncamda edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev olub.
Müşahidə Şurasının üzvləri isə bunlardır:
Səməd Bəşirli – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Aparatının Sənaye şöbəsinin müdiri
Samir Qurbanov ‒ Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri
Vüqar Məcidli – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Aparatının İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri
Rəşad İsmayılov – Azərbaycan İnvestisiya Holdinqinin Aktivlərin idarə olunması departamentinin Hasilat sənayesi və energetika şöbəsinin müdiri.
Bundan əvvəl “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini, Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin üzvü Rövşən Nəcəf idi.

DİGƏR XƏBƏRLƏR

Top