Şəhid atasına xəsarət yetirilməsi ilə bağlı DİN-dən açıqlama


Yevlax rayonunun Xanabad kəndində Vətən müharibəsi şəhidi İntiqam İsmayılovun atası İlqar İsmayılovun kənd yaxınlığında məskunlaşmış Kəlbəcər rayon sakinləri tərəfindən döyülərək xəstəxanalıq edilməsi barədə məlumat yayılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Yeniavaz.com-a bildirilib ki, Yevlax rayon sakini İlqar İsmayılovun döyülməsi ilə bağlı may ayının 14-də “102” – Zəng Mərkəzinə müraciət daxil olub:
"Müraciətlə əlaqədar Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə İ.İsmayılova xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Faktla bağlı Yevlax RPŞ-nin İstintaq Bölməsində müvafiq ekspertiza təyin olunaraq araşdırmalar aparılır. Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".

DİGƏR XƏBƏRLƏR

Top