Ukrayna ordusu dövlət sərhədinə çatdı - Video


Ukrayna Silahlı Qüvvələrinin Xarkov şəhərindəki Ərazi Müdafiə Qüvvələri rus ordusunu dövlət sərhədinə qədər geri çəkilməyə məcbur edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində məlumat verilib .
Mesaja ukraynalı hərbçilərin Prezident Vladimir Zelenskiyə müraciəti ilə bağlı video əlavə edilib:
"Biz çatdıq, cənab Prezident, buradayıq! Budur, bizimlə sərhədçi var... Cənab prezident, çatdıq!".
Daha əvvəl Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenko telemarafonun efirində Xarkov vilayətindəki Ukrayna qoşunlarının artıq dövlət sərhədinə yaxın olduğunu bildirib .
"Xarkov vilayətinin şimal-şərqində - Ukrayna qoşunları həqiqətən də əks-hücum əməliyyatına başlayıb. Biz artıq sərhədə yaxınlaşmışıq. Ümid edək ki, yaxın günlərdə Ukrayna sərhədinə çatmağa çalışacağıq", - deyə o, bildirib.

DİGƏR XƏBƏRLƏR

Top