"Hamımız Putinin xərçəngdən ölməsinə ümid edirik" - Rus oliqarx


Nüfuzlu "The Times” qəzeti Rusiya Prezidenti Vladimir Putinin səhhəti barədə məqalə dərc edib.

Yeniavaz.com xəbər verir ki, nəşr bu barədə adı açıqlanmayan rusiyalı oliqarxın söhbətinin audioyazısına istinad edib.
Mart ayında baş tutan söhbət zamanı rusiyalı iş adamı Putinin qan xərçəngindən əziyyət çəkdiyini deyib.
Onun sözlərinə görə, o, Ukraynaya hücum əmri verməklə “dəli olub” və öz hərəkətləri ilə Rusiya iqtisadiyyatını məhv edib.
Gizli səsyazma rus liderinin səhhəti ilə bağlı danışılan bir vaxtda yayılıb.
11 dəqiqəlik lent yazısında adı açıqlanmayan oliqarx Rusiyanın Ukraynaya təcavüzünü tənqid edib və deyib: “Biz hamımız Putinin xərçəngdən və ya çevrilişdən ölməsinə ümid edirik”.
"O, Rusiya, Ukrayna iqtisadiyyatlarını və bir çox başqa iqtisadiyyatı tamamilə məhv etdi", - oliqarx deyib.
Qeyd edilib ki, milyonçu vaxtilə Putinin 2014-cü ildə Krımı ilhaq etməzdən əvvəl görüşdüyü "20-30 nəfərlik yaxın çevrə"sindən biridir.
Nəşrin yazdığına görə, o hazırda Rusiyadan kənarda yaşayır və 2021-ci ildə "Forbes" jurnalına görə Rusiyanın ən zəngin 200 iş adamı siyahısına daxil olub.

DİGƏR XƏBƏRLƏR

Top