"Barselona"nın keçmiş futbolçusu qəzada öldü


"Barselona"nın keçmiş gənc və ehtiyatda olan futbolçusu Maksi Rolon Argentinada avtomobil qəzasında faciəvi şəkildə ölüb.
Yeniavaz.com
Cənubi Amerika mətbuatına istinadla xəbər verir ki, 27 yaşlı argentinalı futbolçu maşında qardaşı ilə birlikdə olub. Bir anda avtomobil yoldan çıxaraq ağaca çırpılıb və hər iki gənc ölüb.
Kataloniya "Barselona"sının mətbuat xidməti Maksi Rolonun yaxınlarına başsağlığı verib.
"2010-2016-cı illərdə "Barselona"nın gənclər komandasında çıxış edən Maksi Rolonun vəfatı bizi sarsıtdı. Onun ailəsinə dərin hüznlə başsağlığı verir və tam dəstəyimizi bildiririk. Rahat yat...", - klubun açıqlamasında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top