"Biz Kiyevdəki səfirliyimizi yenidən açırıq"


ABŞ yaxın gələcəkdə Ukrayna paytaxtında səfirliyini yenidən açmağı planlaşdırır.
Yeniavaz.com
xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Berlində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz Kiyevdəki səfirliyimizi yenidən açırıq. Biz bütün lazımi ehtiyat tədbirləri görürük, lakin bununla belə işlər davam edir. Biz tezliklə fəaliyyətimizi bərpa edəcəyik", - o deyib.
Qeyd edək ki, ABŞ-ın Ukraynadakı müvəqqəti işlər vəkili Kristina Kuinn mayın 8-də Kiyevə gəlib. Bundan əvvəl o, diplomatik missiyanın işinin bu ayın sonuna kimi bərpa olunacağına ümid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top