
“Türkiyə Şimali Atlantika Alyansının genişlənməsinə etiraz etmir, terrorçuları dəstəkləyən ölkələrə qarşı çıxır”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu Berlində NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
"Biz bazarlıq etmirik və bu, siyasi sövdələşmənin elementi deyil. Biz çox aydın mövqe tutmuşuq. Məhz odur ki, [Finlandiya və İsveç] terror təşkilatları ilə əməkdaşlığı tamamilə dayandırmalı və müdafiə sənayesi məhsullarının tədarükündəki məhdudiyyətləri aradan qaldırmalıdır. Türkiyə NATO-nun genişlənməsinə etiraz etmir, biz terrorçuları dəstəkləyən ölkələrə qarşıyıq”, - deyə nazir bildirib.
Türkiyə NATO-nun diplomatik departamentlərinin rəhbərlərinin görüşündə Finlandiya və İsveçin PKK (Kürdüstan Fəhlə Partiyası) terror təşkilatı ilə əlaqələri barədə narahatlığını tərəfdaşlarının diqqətinə çatdırıb.
Tətbiqimizi yükləyə bilərsiniz