İsveç mayın 17-də NATO-ya müraciət edəcək - KİV


İsveçin mayın 17-də NATO-ya üzvlük üçün müraciət edəcəyi gözlənilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə bazar günü xüsusi mənbəyə istinadən “Svenska Dagbladet” qəzeti məlumat yayıb .
Ərizənin göndəriləcəyi tarix Finlandiyanın o vaxta qədər üzvlüklə bağlı qərar qəbul edib-etməməsindən asılı olacaq. Finlandiyalı ekspertlərin fikrincə, Suomi parlamentində alyansa üzvlük məsələsi ilə bağlı mayın 16-a planlaşdırılan müzakirələrin ləngiməsi riski var.
Plana görə, iki Şimali Avropa ölkəsi eyni vaxtda Brüsselə sənədlər göndərmək istəyir.
Qeyd edək ki, daha əvvəl Finlandiyanın xarici işlər naziri Pekka Haavisto İsveçin “Aftonbladet” qəzetinə müsahibəsində ölkəsinin mayın 18-də NATO-ya üzv olmaq üçün müraciət edəcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top