Növbəti “Avroviziya” müsabiqəsi Ukraynada keçiriləcək


İtaliyanin Turin şəhərində keçirilən 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.
Yeniavaz.com verir ki, finalda Ukrayna (Kalush Orchestra - Stefania) 631 səslə bütün rəqiblərini qabaqlayaraq müsabiqənin qalibi olub.
Böyük Britaniya (Sam Ryder - Space Man) ikinci, İspaniya isə (Chanel - SloMo) üçüncü olub.
Azərbaycan təmsilçisi Nadir Rüstəmli 106 səslə müsabiqədə 16-cı yerdə qərarlaşıb. Yunanıstan, Serbiya və İspaniya milli münsiflər heyəti Azərbaycana 12 səs verib.
Xatırladaq ki, "Avroviziya" qaydalarına əsasən müsabiqə hər il sonuncu qalibin ölkəsində baş tutur.

DİGƏR XƏBƏRLƏR

Top