Finlandiya və İsveç bu səbəblə NATO-ya daxil ola bilməz - Çavuşoğlu


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-ya daxil olmaq istəyən Finlandiya və İsveç barədə açıqlama verib.
Yeniavaz.com
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Çavuşoğlu Finlandiya və İsveçin PKK terror təşkilatını dəstəklədiyini bildirib.
“Finlandiya və İsveç açıq şəkildə PKK-nı dəstəkləyir, bu qəbuledilməzdir”-deyə o bildirib.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın açıqlama verərək Finlandiya və İsveçin NATO-ya daxil olması üçün qapıları bağlamadıqlarını bildirmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top