G7 ölkələri Hindistanın bu addımını pisləyib


G7 ölkələrinin kənd təsərrüfatı nazirləri Hindistanın buğda ixracına qadağa qoyma qərarını pisləyib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
Onların fikrincə, belə bir addım dünya taxıl bazarında böhranı daha da gücləndirəcək: 
"Hər kəs ixracata bu cür məhdudiyyətlər qoymağa və ya hətta bazarları bağlamağa başlasa, bu, yalnız böhranı daha da gücləndirəcək, həmçinin Hindistana və onun kənd təsərrüfatı istehsalçılarına zərər verəcək. Biz Hindistanı G20-nin üzvü kimi məsuliyyəti öz üzərinə götürməyə çağırırıq"
 

DİGƏR XƏBƏRLƏR

Top