Azərbaycanlı deputat Berdiməhəmmədova medal verdi - Video


Mayın 12-də Türkmənistanın paytaxtı Aşqabadda Orta Asiya ölkələri və Rusiya Federasiyası Parlamentlərarası Forumu keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkmənistanın hökumət saytında məlumat dərc edilib.
Forumda Azərbaycan Ağsaqqallar Şurasının (AAŞ) sədri, Milli Məclisin deputatı Eldar Quliyev və “Azərbaycan dünyası” beynəlxalq jurnalının baş redaktoru, “Dədə Qorqud” Milli Fondunun sədri Eldar İsmayılov da iştirak edib.
E. Quliyev AAŞ-nın yekdil qərarı ilə Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədova “Hörmətli Ağsaqqal” medalını təqdim edib.
E. İsmayılov isə Q. Berdiməhəmmədova “Yer üzündə sülh üçün” və “Ulu Türk” medallarını təqdim edib.
Qeyd edək ki, həm E. Quliyev, həm də E. İsmayılov forumda rus dilində çıxış ediblər.
Həmin kadrları təqdim edirik:

Əliş Abdulla

DİGƏR XƏBƏRLƏR

Top