Rusiyalı jurnalist Putinin Ukraynanın cənubundakı taktikasını açıqlayıb


Rusiya gərginlik nöqtələrini saxlamaq üçün Odessa və Ukraynanın cənubundakı şəhərləri atəşə tutur.
Yeniavaz.com UNİAN-a istinadən bildirr ki, bu fikri rusiyalı bloger və jurnalist Maykl Nukki bildirib.
"Məsələn, Ukrayna ordusunun müəyyən sayda əsgəri Odessa istiqamətinə cəmlənib. Onlar mümkün hava hücumunun qarşısını almaq və havadan təxribatçı qrupların endirilməsinə mane olmaq üçün orda gözləyirlər. Əslində Rusiya ora hücum etmək fikirində deyil. Rusiya Odessanı raket atəşinə tutmaqla qoşunların Nikolaev' getməsinə mane olmaq istəyirlər”, deyə Rusiyalı bloger yazıb.
Onun sözlərinə görə, Rusiyanın cənub istiqamətində irəli göndərəcək qüvvəsi yoxdur: “Təəssüf ki, Rusiyanın çoxlu raketləri var, lakin onların yüksək dəqiqlikli və bahalı raketləri tükənir. Onları gələcəkdə mümkün toqquşmalar üçün saxlamaq istəyirlər, ona görə də qeyri-dəqiq atəşlər edən daha ucuz variantlardan istifadə edirlər və bu da daha çox dağıntılara səbəb olur”.
Jurnalist belə bir taktikanın müharibənin sonuna qədər davam edəcəyini,  düşmənin bu şəkildə təzyiqlərini davam etdirəcəyini bildirib.

 

DİGƏR XƏBƏRLƏR

Top