
“Pençe-Kilit” əməliyyatında 1 Türkiyə əsgəri şəhid olub, 3 hərbçi isə yaralanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Qeyd edilir ki, terrorçular tərəfindən “Pençe-Kilit” əməliyyatı bölgəsində yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində sıravi Selman Gülər şəhid olub.
Partlayış nəticəsində 3 əsgər yaralanıb.
Tətbiqimizi yükləyə bilərsiniz