
Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın istefası tələbilə etiraz aksiyalarını davam etdirir.
Yeniavaz.com “Sputnik Armenia”ya istinadla xəbər verir ki, hərəkat üzvləri İrəvanın hökumət binalarından birini mühasirəyə alıblar.
Aksiyanın koordinatoru, parlamentin vitse-spikeri İşxan Saqatelyan hökumət binasına daxil olmamağı, sadəcə binaya giriş-çıxışın bağlamağı tapşırıb.
Tətbiqimizi yükləyə bilərsiniz