Füzulidə xidməti silahla ehtiyatsız davranan polis özünü öldürüb.
DİN-in Mətbuat Xidmətindən Yeniavaz.com-a bildirilib ki, hadisə bu gün baş verib. Füzuli RPŞ-nin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.