
Ermənistan Ümumi Yurisdiksiya Məhkəməsi İrəvanda Sona Mnatsakanyanı vuran avtomobili idarə edən polis mayoru Aram Navasardyanın həbs edilməməsinə qərar verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Sputnik Ermənistan-ın müxbirinə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan məlumat verib.
Bildirilib ki, hakim Razmik Marikyan zərərçəkmiş tərəfin vəkili Raffi Aslanyanın Navasardyan barəsində həbs-qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatətini rədd edib. O, yenidən zaminə buraxılıb.
Xatırladaq ki, aprelin 26-da İrəvanda Leo və Paronyan küçələrinin kəsişməsində Baş nazir Nikol Paşinyanın kortejindəki maşınlarından biri hamilə qadın, 29 yaşlı Sona Mnatsakanyanı vuraraq öldürüb.