
44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrinin ərazimizə təcavüzü nəticəsində ən çox ziyan görmüş rayon Tərtərdir. Burada, ümumilikdə, 6000-ə yaxın tikiliyə zərər dəyib.
Yeniavaz.com xəbər verir ki, bunlardan 57 yaşayış evi və 5 qeyri-yaşayış obyekti tamamilə dağıdılıb, digərlərinə qismən ziyan dəyib.
Dövlət başçısının tapşırığına əsasən, 5866 tikilinin təmir-bərpası, 56 yaşayış evi və 5 qeyri-yaşayış obyektinin tikintisi yekunlaşdırılaraq sahiblərinə təhvil verilib.
Hazırda 1 yaşayış evinin inşası, digər tikililərin təmir-bərpası davam edir.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində ziyan dəymiş tikililərin inşası və təmir-bərpa işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarəti altında həyata keçirilir.

Esmira Hidayətova, Tərtər
Tətbiqimizi yükləyə bilərsiniz