Azərbaycan "Avroviziya-2022"nin finalında təmsil olunacaq


"Avroviziya-2022" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli final mərhələsinə yüksəlib.
Yeniavaz.com
xəbər verir ki, bu, ötən gecə İtaliyanın Turin şəhərində baş tutan mahnı müsabiqəsinin ikinci yarımfinalından sonra bəlli olub.
Bu ölkələrə də finala vəsiqə qazanıb: Belçika, Çexiya, Azərbaycan, Polşa, Finlandiya, Estoniya, Avstraliya, İsveç, Ruminiya, Serbiya.
Qeyd edək ki, Böyük Dördlüyə daxil olan ölkələr - Böyük Britaniya, İspaniya, Fransa, Almaniya və ötən ilin qalibi İtaliyə birbaşa final mərhələsində çıxış edəcək.

DİGƏR XƏBƏRLƏR

Top