Bakının mərkəzi prospekti bağlanır - Xəbərdarlıq


2022-ci il Formula 1 yarışlarına hazırlıq çərçivəsində Muzey Mərkəzi yaxınlığında, trekin ərazisinə daxil olan hissədə aparılan təmir işləri ilə bağlı bu gecə saat 00:00-dan etibarən Neftçilər prospektində nəqliyyatın hərəkəti dayandırılacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Yeniavaz.com-a verilən məlumata görə, bununla əlaqədar hərəkət iştirakçılarından Azneft dairəsindən alternativ yollardan istifadə etmələrini xahiş olunur.

Əməliyyat Şirkəti şəhər sakinlərinə anlayışlarına görə təşəkkür edir.

DİGƏR XƏBƏRLƏR

Top