Delimitasiya üzrə komissiyaların görüşü Moskvada keçiriləcək


Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyaların iclasının gələn həftə Moskvada keçirilməsi planlaşdırılır.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan məlumat yayıb.“Sizə bildirmək istərdim ki, azərbaycanlı həmkarımla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının qurulması mövzusunda danışdıq. Aleksey Overçukla (Rusiya Baş nazirinin müavini) kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var. Həmçinin, Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq”, - deyə Mirzoyan qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Top