İsa Qəmbərin pensiya məbləği müzakirələrə səbəb oldu


Müsavat partiyasının sədr müavini Fərəc Kərimli feysbukda partiyanın sabiq rəhbəri İsa Qəmbərə 180 AZN məbləğində pensiya təyin edildiyini yazıb.
Yeniavaz.com
xəbər verir ki, bu iddia sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
F. Kərimli bildirib ki, Azərbaycan Ali Sovetinin Milli Şurasının deputatı və sədri olmuş, həmçinin prezident səlahiyyətlərini (17 may 1992–16 iyun 1992) icra etmiş İsa Qəmbərə təyin olunan pensiya məbləği mübahisəlidir:
“Hər kəs bilir ki, bu vəzifələrdə çalışmış şəxsə 180 AZN pensiya təyin edilə bilməz, qanunsuzdur. Eyni işlərdə çalışmış şəxslərin pensiyası ilə müqayisədə dəfələrlə fərq var burda”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili saytımıza açıqlamasında bildirib ki, gün ərzində məsələ ilə əlaqədar ictimaiyyətə məlumat veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top