
“Rusiya diktatoru Vladimir Putin Adolf Hitler və İosif Stalindən daha təhlükəlidir, çünki onun XX əsrin diktatorlarından daha çox öldürücü silahları var - nüvə raketləri və internet”.
Yeniavaz.com “The Daily Telegraph”a istinadla xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetski deyib.
O bildirib ki, Rusiya informasiya məkanında milyonlarla saxta xəbər var:
"Putinin "Rus dünyası" ideologiyası 20-ci əsrin kommunizmi və nasizminin ekvivalentidir. Bu, Rusiyanın öz ölkəsi üçün qondarma hüquq və imtiyazlara haqq qazandırdığı ideologiyadır. Onun kökü kəsilməlidir".
Moravetski Putinin mayın 9-da keçirilən paradda Rusiyanın bu gün “nasizm”lə mübarizə apardığını dediyi bəyanatına da münasibət bildirib. Polşanın baş naziri vurğulayıb ki, Putin Rusiyanın nasizmi məğlub etməsi mifini inkişaf etdirir, lakin Şərqi Avropa ölkələrində SSRİ-nin müharibədən sonrakı onilliklər ərzində repressiyaları və ifratları haqqında danışmır:
"Putin Hitler və ya Stalin deyil. Təəssüf ki, o, daha təhlükəlidir. Avropa ona mane olmasa, Putin rus qoşunlarını Avropaya da göndərəcək. Onu harada dayandıracağımız bizdən asılıdır".
Tətbiqimizi yükləyə bilərsiniz