Kaliforniyada quraqlıq səbəbilə maraqlı təklif – “Duş 4 dəqiqə olsun...”


Kaliforniyadakı quraqlıq səbəbilə duş vaxtının 4 dəqiqə olması istənilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Kaliforniyada insanların ən sıx məskunlaşdığı ərazi olan Los-Anceles meri Erik Qarsetti yeni təklif irəli sürüb. O bildirib ki, insanların gələcəkdə sudan lazımi şəkildə yararlana bilməsi üçün bəzi məhdudiyyətlər tətbiq edilməlidir:
"Övladlarımızın və nəvələrimizin sudan etibarlı şəkildə istifadə etmələrini istəyiriksə, indiyə qədər edilən həlləri ikiqat artırmalıyıq. Əvvəlcə duş qəbulu 4 dəqiqə ilə məhdudlaşmalıdır. Gündəlik su istifadəsini ən azı 26 litr azaltmalıyıq. Sakinlər həftədə yalnız iki gün, saat 09:00-dan 16:00-a qədər qazon və bağ kimi yerləri suvara biləcək”.

 

DİGƏR XƏBƏRLƏR

Top