“Hurjet”in ilk uçuşunun keçiriləcəyi tarix açıqlandı


Türkiyə istehsalı “Hurjet” döyüş təyyarəsi ilk uçuşunu 2023-cü ildə edəcək. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin Müdafiə Sənayesi İdarəsinin rəisi İsmayıl Dəmir NTV telekanalına müsahibəsində deyib.
"Təyyarənin ilk komponentlərinin istehsalı üçün hazırlıq görülür. 2023-cü il milli döyüş təyyarələrimizin anqardan çıxaraq ilk uçuşunu həyata keçirəcəyi tarixdir", - deyə o bildirib.
Xatırladaq bundan əvvəl “Hurjet”in performans baxımından ABŞ F-35-lərindən üstün olacağı bildirilmişdi.

 

DİGƏR XƏBƏRLƏR

Top