Türkiyə ABŞ-dan 400 milyon dollar dəyərində silah alacaq


Türkiyə ABŞ-a F-16 döyüş təyyarələri üçün raket və radarların alınması məqsədilə 400 milyon dollarlıq sorğu təqdim edib.

Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, sorğuya Konqres tərəfindən baxılacağı qeyd olunub.

Bildirilib ki, Bayden administrasiyası Konqresin hər iki palatasındakı əsas liderlərdən Türkiyənin tələbinin qəbul edilməsini xahiş edib.

Xatırladaq ki, Türkiyə daha öncə 40 ədəd “F-16 Block 70” qırıcısı və mövcud təyyarələri üçün 80 ədəd yenilənmə dəsti almaq niyyətini açıqlayıb.

DİGƏR XƏBƏRLƏR

Top