Rusiya səfirə görə Polşadan üzr gözləyir


Polşa səfiri Kşiştof Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və Moskvanın mayın 9-da Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə hücumla bağlı Polşa hakimiyyətindən rəsmi üzr istəməsini gözlədiyi bildirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS məlumat yayıb:
“Kraevskiyə bildirilib ki, Rusiya tərəfi baş verənlərlə bağlı Polşa rəhbərliyindən rəsmi üzrxahlıq gözləyir və Rusiya səfirinin və Polşadakı Rusiya xarici nümayəndəliklərinin bütün əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini tələb edir”.
Xatırladaq ki, Rusiyanın Polşadakı səfirinə hücum olmuşdu.
 

DİGƏR XƏBƏRLƏR

Top