Rüstəm İbrahimbəyovun yerinə namizəd oldu


Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə AKİ məlumat yayıb.
İclasın gündəliyinə katibliyin 2022-ci ilin ilk dörd ayının hesabatı, AKİ-nin sədri vəzifəsinə namizədin və İttifaqın konfransının tarixinin təsdiqlənməsi, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun xatirəsinə həsr olunmuş təşəbbüslərin, Kino Muzeyi layihəsinin müzakirəsi və cari məsələlər daxil idi.
Xalq yazıçısı Anar mərhum Rüstəm İbrahimbəyovun yerinə AKİ-nin sədri vəzifəsinə Xalq artisti Rasim Balayevi namizəd kimi təqdim edib. İclas iştirakçıları Rasim Balayevin namizədliyini yekdilliklə təsdiqləyib.
Qeyd edək ki, 20-30 may tarixləri arasında Azərbaycan Kinematoqrafçılar İttifaqının ümumi iclası keçiriləcək və səsvermə rəsmiləşdiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top