AMEA Rusiyadan 15 min manata 140 jurnal, 52 qəzet alır - Siyahı


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutu tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com
 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Region Press” MMC (VÖEN – 2000827481) olub.
“Region Press” MMC Fizika İnstitutunun sifarişi əsasında Rusiya Federasiyasında nəşr olunan 9 adda elmi jurnalları satın alacaq. Satın alınacaq jurnallar üçün 14 min 984 manat 20 qəpik ödəniləcək.
Qeyd edək ki, “Region Press” MMC 07.09.2006-cı il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 5 manat olan MMC Bakı şəhəri, Xətai rayonu, Neapol, ev 21, m. 44 ünvanında yerləşir. MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğludur.

Tenderlə bağlı diqqət çəkən məqam odur ki, müsabiqənin qalibi olan MMC-nin qanuni təmsilçisi Dilanov Gündüz Həsrət oğlu 2019-cu ilə kimi AMEA-da Mətbuat orqanları şöbəsinin müdiri olub.
“Region Press” MMC-nin qalib olduğu tender müsabiqəsində diqqət çəkən məqamlardan biri də odur ki, adları qeyd olunan elmi jurnallar və qəzetlərin Rusiyadakı satış (abunə) qiyməti tenderdə qeyd olunan qiymətdən aşağıdır.
Yeniavaz.com Rusiyanın məşhur “Kniqa-Servis”Agentliyinə istinadən AMEA Fizika İnistitutu tərəfindən satın alınacaq jurnalların 2022-ci il üçün abunə qiymətlərini həm rubl, həm də Mərkəzi Bankın açıqladığı mövcud rəsmi  məzənnə (1 rub/0,024 azn) ilə manata çevirərək təqdim edir.
Rəqəmlərdən də göründyü kimi, jurnallar və qəzetin abunə qiyməti ümumilikdə 10 min 582 manat təşkil edir. Bu, AMEA-nın “Region Press” MMC-yə ödəyəcəyi vəsaitdən (14 984,2 azn) təxminən 4 min 400 manat azdır.
Jurnalların və qəzetin adı Sayı
(ədəd)
Rusiyada qiyməti
Rubl ilə Manat ilə
Физика и техника полупроводников 12 26 460 635
Физика твердого тела 12 3 204 77
Физика (с указателями) 12 297 000 7 125
Успехи физических наук 12 50 316 1207
Прикладная физика 6 11 868  284
Поиск 52 10 930 262
Неорганические материалы 12 27 517  660
Наука и жизнь 12 8 688 208
В мире науки 10 4 970  120
Cəmi 192 440 953 10 582

Allahverdi Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top