19 yaşlı qızını zirzəmidə ac saxlayan ata tutuldu - Fotolar


Mayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan 2003-cü il təvəllüdlü N. B.
 atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Yeniavaz.com-a Mingəçevir şəhər prokurorunun böyük köməkçisi Rəmzi Lalayev məlumat verib.
R. Lalayev bildirib ki, 1978-ci il təvəllüdlü Elman Bədəlovun psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyaraq əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb. E. Bədəlov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İşgəncələrə məruz qalan N.B. isə həkim nəzarətinə götürülüb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


Fotoda Mingəçevir şəhər prokurorunun böyük köməkçisi Rəmzi Lalayev

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top