Şəhid atası ilə icra başçısı arasında mübahisə - Video


Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun şəhid Alik İsayevin atası Şakir İsayevlə mübahisə etməsinin əks olunduğugörüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, Unikal.org saytının yayımladığı videoda icra başçısının qəbula gələn şəhid valideynləri ilə maraqlanmadığı bildirilib.
Ş.İsayevin sözlərinə görə, o, üç dəfə İcra Hakimiyyətinə gəlsə də, onu qəbul etməyiblər: “Niyə mənim qapıma gəlmirsən? Mən İsayev Şakir Alik oğluyam. Şəhid Alik İsayevin atasıyam. Dəfələrlə gəlmişik bura, qəbul etməyib. İndi də kollektiv gəlmişik. Burada məndən başqa 9 şəhid atası var. Başçı 1 il 7 aydır heç birimizin qapısını açmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top