"Əl-Cəzirə"nin jurnalisti qətlə yetirilib


“Əl-Cəzirə” telekanalının jurnalisti Şirin Əbu Akleh çərşənbə günü İordan çayının qərb sahilində, Cenin qaçqın düşərgəsində iş başında olan zaman öldürülüb.
Yeniavaz.com
CNN-ə istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi onun başından güllə ilə vurulduğunu və qısa müddət sonra öldüyünü təsdiqləyib. Nazirlik bildirib ki, digər jurnalist Əli Əl Samudi də güllələnib və onun vəziyyəti stabildir.
“Əl-Cəzirə” İsrail təhlükəsizlik qüvvələrini Əbu Aklehi qəsdən hədəfə almaqda və öldürməkdə ittiham edib və beynəlxalq ictimaiyyəti İsraili qınamağa və məsuliyyətə cəlb etməyə çağırıb.
İsrail Müdafiə Qüvvələrindən verilən açıqlamada bildirilib ki, təhlükəsizlik qüvvələri “terror fəaliyyətlərində şübhəli bilinənləri tutmaq üçün” bölgədə əməliyyat keçirib və həmin vaxt həm fələstinlilər, həm də İsrail qüvvələri atəş açıb.
Əbu Akleh öldürüldüyü zaman onun yanında olan “Əl-Cəzirə” jurnalisti Əl-Samudi bildirib ki, həmin vaxt ərazidə heç bir fələstinli silahlı olmayıb:
“İsrail ordusu bizi vurdu. Orada heç bir fələstinli silahlı olmayıb”.

DİGƏR XƏBƏRLƏR

Top