
ABŞ rəsmi Pxenyanın yaxın gələcəkdə yeni nüvə sınaqları keçirəcəyini güman edir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu keçirdiyi brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.
"Biz bir müddətdir ki, Şimali Koreyanın yeni təxribatlara əl ata biləcəyi ilə bağlı xəbərdarlıq edirdik. Artıq qitələrarası ballistik raketlərin üç sınağını, bir neçə ballistik raket sınağını gördük və onların yaxın gələcəkdə növbəti nüvə sınağı elan edə biləcəyindən narahat olduğumuzu bildirdik” – deyə o qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz