Göyərtəsində azərbaycanlıların da olduğu gəmidəki yanğın söndürüldü - Yenilənib


Krasnodar bölgəsinin Temryuk limanı yaxınlığında gəmidə baş verən yanğın söndürülüb.

Yeniavaz.com Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Cənub Federal Dairəsinin fövqəladə hallar xidməti məlumat yayıb. Hadisə nəticəsində bir nəfər ölüb.

***17:29
Azov dənizində üzən quru yük gəmisində yanğın baş verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir. Karqo gəmisində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfər var.

 

DİGƏR XƏBƏRLƏR

Top