Azərbaycanda nə qədər narkoman var?


2021-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 min 602 nəfər təşkil edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının hesabatında bildirilib.
Həmin şəxslərdən 27 min 106 nəfəri dispanser, 7 min 496 nəfəri profilaktik qeydiyyatında olanlardır.
Onlardan 556 nəfəri qadındır. 24 min 850 nəfər opioid (ədəndə morfin kimi fəaliyyət göstərən kimyəvi maddələr) qrupuna aid narkotik istifadəçiləri, 9 min 752 nəfər kannabinoid (beyində neyrotransmitterlərin buraxılmasını dəyişdirən hüceyrələrdəki kannabinoid reseptorlarına təsir edən kimyəvi birləşmələr sinfidir) qrupuna aid narkotik istifadəçiləridir. 2021-ci ildə müvafiq diaqnozla 5 min 603 nəfər qeydiyyata götürülüb, 4 min 789 nəfər isə qeydiyyatdan çıxarılıb.

DİGƏR XƏBƏRLƏR

Top