Rusiyanın ən müasir tankı vuruldu - Video


Rusiyanın ən müasir tankı hesab olunan T-90M “Proriv” Xarkov yaxınlığında Ukraynanın 127-ci Ərazi Müdafiə Briqadasının əsgərləri tərəfindən vurulub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə briqadanın komandiri, polkovnik Roman Qrişenko bildirib.
Onun sözlərinə görə, briqada İsveç tərəfindən təchiz edilmiş “Karl Qustav” markalı tank əleyhinə qumbaraatandan istifadə edib.
Bu, Ukraynada T-90M tankının məhv edilməsi ilə bağlı ilk məlum hadisədir.
T-90M Rusiyanın T-90 əsas döyüş tankının ən son modifikasiyasıdır. Onun təkmilləşdirilmiş zirehləri, peyk naviqasiya sistemi və təkmilləşdirilmiş silahı var. Rusiya ordusu 100-ə yaxın belə tankla silahlanıb. Mayın 7-də səhər saatlarında onlardan birinin məhv edilməsi Britaniya hərbi kəşfiyyatı tərəfindən təsdiqlənib.
Qeyd edək ki, 2019-cu ilə olan məlumata görə, yeni T-90-ın ​​qiyməti 2,5-3,5, T-90MS isə 4,5 milyon dollardır.
Ukrayna Strateji Kommunikasiyalar Mərkəzi tankın vurulma anının görüntülərini dərc edib.
Həmin kadrları təqdim edirik:
 

DİGƏR XƏBƏRLƏR

Top