
Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusi karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib.
Yeniavaz.com-un Report-a istinadən xəbərinə görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələdə tələsmək olmaz.
O xatırladıb ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".
Tətbiqimizi yükləyə bilərsiniz